Masazır Cümə məscidi əsaslı təmir ediləcək FOTO


Digərləri 24 İyn 2018 18:15:00 403 0

Masazır Cümə məscidi əsaslı təmir ediləcək  FOTO

Abşeron rayonunda tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır Cümə məscidinin vəziyyəti ilə yaxından tanış olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Cümə məscidin əsaslı təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Sonra Masazırda Şəhidlər abidə kompleksi və Şəhidlər Parkının salınması üçün tapşırıq verilib.


Xəbərə aid fotolar