Milan-ı UEFA-dan cəza gözləyir


İdman 24 İyn 2018 18:17:00 303 0

Milan-ı UEFA-dan cəza gözləyir

Milan Avrokuboklardan kənarda qalmaq təhlükəsi qarşısındadır. Goal.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport”nəşri məlumat yayıb. Müvafiq qərarın sabah rəsmən açıqlanacağı bildirilib. Sərt cəzaya səbəb kimi milanlıların maliyyə “fair-play”ini pozması göstərilir. Qərar 2018/19 və 2019/20 mövsümlərini əhatə edəcək.

Daha öncə "rossoneri"nin səhmlərini 2017-ci ilin aprelində alan çinli Yonhonq Linin maliyyəçətinlikləri ilə üzləşdiyi barədə xəbərlər yayılmışdı.