Türkiyədə sensasion olay: ATƏTin 10 “müşahidəçisi” saxlanıldı


Dünya 24 İyn 2018 17:59:00 286 0

Türkiyədə sensasion olay: ATƏTin 10 “müşahidəçisi” saxlanıldı

Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatı olmayan, amma özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, həbs edilənlərdən 3-ü fransız, 3-ü alman, 4-ü isə italiyalıdır.

Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, fransız müşahidəçilər Ağrıda, alman müşahidəçilər Şırnakda, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batmanda saxlanılıb.