İsveçrənin qoldan sonra siyasi jest edən futbolçuları cəzalandırıla bilər


Digərləri 24 İyn 2018 16:56:00 181 0

İsveçrənin qoldan sonra siyasi jest edən futbolçuları cəzalandırıla bilər

Cerdan Şakiri və Qranit Cakanı 2 oyunduq diskvalifikasiya gözləyir

İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

“Report” xəbər verir ki, FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.

Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.

Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.