PKK bütün əməliyyatları 24 saatlığına dondurdu


Dünya 24 İyn 2018 16:37:00 300 0

PKK bütün əməliyyatları 24 saatlığına dondurdu

PKK terror təşkilatı Türkiyədə parlament və prezident seçkiləri günündə hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

Məlumata görə, dövlət əleyhinə bütün tədbirlər 24 saat müddətinə dayandırılır. PKK rəhbərliyi bu addımlarını səsvermə prosesində iştirak etmək istəyən kürd vətəndaşların sakit şəraitdə öz namizdələrinə səs verə bilmək şansı yaratmaqla izah edib.