Kim 500 türk şəhidinin nəşini Ankaraya qaytarır


Dünya 24 İyn 2018 16:38:00 304 0

Kim 500 türk şəhidinin nəşini Ankaraya qaytarır

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında imzalanan tarixi sazişdən sonra Türkiyə 1950-53-cü illərdə Koreya müharibəsində şəhid olan əsgərlərinin nəşinin təhvil verilməsi üçün rəsmi danışıqlara başlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,Türkiyənin Seuldakı səfiri Ersin Erçin Şimali Koreyaya səfər edərək bir həftə ərzində ölkə rəsmiləri ilə bu barədə danışıqlar aparıb.

"Görüşlərimizin o zaman (2001) başlamasının səbəbi o tarixdə diplomatik təmasların qurulması idi. Şimali Koreyanın nüvə silahı ilə bağlı fəaliyyətləri səbəbindən danışıqlar yarımçıq qaldı. Sülh sazişinin imzalanmasından sonra Şimali Koreya ilə görüşlərə yenidən başladıq. Bu ölkədə olan şəhidlərimizin şəxsiyyətlərinin müəyyən edilməsi üçün yaxınlarından DNT nümunələri götürüləcək. Bu nümunələr Şimali Koreya rəsmilərinə təhvil veriləcək", - səfir bildirib.