Almaniya Futbol İttifaqı İsveçdən üzr istədi


İdman 24 İyn 2018 16:07:00 270 0

Almaniya Futbol İttifaqı İsveçdən üzr istədi

Almaniya Futbol İttifaqı (DFB) İsveç millisindən üzr istəyib. Goal.az xəbər verir ki, buna səbəb Bundestim futbolçularnın qrup mərhələsinin 2-ci turunda Skandinaviya təmsilçisinə qarşı oyundan sonrakı davranışlarıdır. 95-ci dəqiqədə Toni Kroos komandasının qələbə topunu vurub və görüş başa çatan kimi almanlar rəqibə əhəmiyyət vermədən çətin qalibiyyəti qeydə etməyə başlayıb. İsveçin baş məşqçisi Yanne Anderson matçdan sonra bunu rəqibə irad tutmuşdu.

"Bu, bizim tərzimiz deyil. İsveçin məşqçisi və onun komandasına üzrxahlığımızı bildiririk. Üzr istəyirik" - DFB tərəfindən yayımlanan açıqlamada deyilir.