Poqba komanda yoldaşını müdafiə edib


İdman 24 İyn 2018 15:46:00 374 0

Poqba komanda yoldaşını müdafiə edib

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba komanda yoldaşı Antuan Qrizmannın DÇ-2018-ə yaxşı başlamaması haqda səslənən tənqidlərə münasibət bildirib. Goal.az xəbər verir ki, Manchester United-in yarımmüdafiəçisi bunları deyib:

“Qrizmann həmişə yaxşı və faydalıdır. O, Perunun qapısına qol vura bilmədi. Nə olsun? Mənim Qrizmannıma toxunmayın! Avro-2016-nı unutmusunuz? Biz pley-offa həm də onun zəhməti bahasına düşmüşdük”.