Azərbaycan yeni İsrail raketləri ala bilər


Dünya 24 İyn 2018 15:03:00 321 0

Azərbaycan yeni İsrail raketləri ala bilər

İsrailin "İsrael Military İndustries" (IMS) və "Israel Aerospace Industries" (IAI) hərbi sənaye şirkətləri "Rampage" adlı səs sürətini üstələyən "hava-yer" tipli yeni raket yaradıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bu silahdan Suriyaya və İrana qarşı istifadə olunacaq və nəticədə hərbi güclərin balansı dəyişəcək.

Livan nəşri Al Modon isə yazır ki, yeni İsrail raketlərinin alınmasına Azərbaycan da maraq göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, raket 150 kilometrə qədər məsafəni qət edə bilir. Bu o deməkdir ki, raket düşmənin detektor və anti-raket sensorları tərəfindən aşkarlanmayacaq. Korpusunun uzunluğu 4,7 metr, çəkisi 150 kiloqram təşkil edir. Yeni raketin 2019-cu ildən etibarən İsrail hərbi hava qüvvələrinin arsenalına daxil olacağı gözlənilir. Silah "F-15 Eagle", "F-16 Fighting Falcon" və "F-35 Lighning II" qıcırıları və bombardmançılarında istifadə üçün nəzərdə tutulub. Əsas təyinatı düşmənin zenit-raket komplekslərini və zəruri obyektlərini məhv etməkdir.


Xəbərə aid video