Argentinanı növbəti oyuna futbolçular özləri çıxaracaq


İdman 24 İyn 2018 15:00:00 347 0

Argentinanı növbəti oyuna futbolçular özləri çıxaracaq

Argentina millisində böhran davam edir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, komandanın qrup mərhələsində Nigeriya ilə matç üçün heyətini futbolçular müəyyənləşdirəcək. Bu barədə 1986-cı ilin dünya çempionu Rikardo Custi Argentina Futbol Fedrasiyasının meneceri Xorxe Burruçaqa ilə söhbətdən sonra məlumat verib.

"Bu faktdır, heyəti futbolçular seçəcək. Sampaoli oyun zamanı texniki zonada olmaq istəsə, bu mümkündür. İstəməsə, problem yoxdur" - Custi deyib.