"Taxtlar oyunu"nun ulduzlarının toyu oldu VİDEO FOTO


Dünya 24 İyn 2018 14:49:00 335 0

"Taxtlar oyunu"nun ulduzlarının toyu oldu  VİDEO  FOTO

Dünyaca məşhur "Taxtlar oyunu" (Game Of Thrones) telesreialının ulduzları Kit Harinqton və Rouz Lesli dünən evləniblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, nikah və toy mərasimləri Şotlandiyanın şimalındakı Aberdinşirdə yerləşən Uordhill (Wardhill) qəsrində keçirilib.

Rouz Leslinin nəsli 900 ildən bəri bu qəsrə sahiblik edir.

Qəsrin həyətində toy üçün nəhəng çadır qurulub.

Toya dəvət olunmuş qonaqlar arasında Sofi Törner, Piter Dinkleyc, Malin Akerman, Cek Donnelli, Emiliya Klark və digər aktyorlar vardı.