İsveçin futbolçusuna təhdid və təhqirlər yağıb


İdman 24 İyn 2018 14:40:00 330 0

İsveçin futbolçusuna təhdid və təhqirlər yağıb

Futbol üzrə İsveç milli komandasının türk əsilli üzvü Cimmi Durmaz Rusiyada keçirilən dünya çempionatı çərçivəsində Almaniya ilə oyundan sonra ölümlə təhdid olunub. Goal.az xəbər verir ki, F qrupunda ikinci tur çərçivəsində keçirilən bu görüşdə İsveç 90+5-ci dəqiqədə buraxdığı qol sayəsində dramatik şəkildə uduzdu – 1:2. Həlledici qolun vurulmasına isə məhz həmin anda qayda pozuntusunu edən C.Durmaz səbəb oldu.

Qarşılaşmadan sonra 34 yaşlı futbolçu “İnstaqram” hesabından şəkil paylaşıb. Amma azarkeşlər buna görə onu peşman ediblər. Belə ki, 3 minə yaxın insan həmin şəklə irqçi və ölüm təhdidləri ilə dolu şərhlər yazıb. Durmaza ilk dəstək komanda yoldaşlarından gəlib. Onlar matç ərzində çox yaxşı təsir bağışlayan futbolçunun adi qayda pozuntusuna görə bu qədər tənqid və təhqirə layiq olmadığını bildiriblər.