Bakıda Yoqa festivalı başlandı FOTO


Digərləri 24 İyn 2018 14:17:00 406 0

Bakıda Yoqa festivalı başlandı  FOTO

"YARAT" Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə "YARAT Freestyle" proqramı çərçivəsində iyunun 24-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.

Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, "FLY yoqa" təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək. Festival çərçivəsində gün boyu paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçiriləcək, həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunacaq. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Festivalın iştirakçıları "Yoqa Şahi" studiyası, "The Art of Living" meditasiya mərkəzi, Yoqa Akademiyası və Xalsa Mərkəzidir.


Xəbərə aid fotolar