Ötən ay 1952 “Çağrı Mərkəzi”nə 1800dək müraciət olub


Digərləri 24 İyn 2018 14:18:00 384 0

Ötən ay 1952 “Çağrı Mərkəzi”nə 1800dək müraciət olub

May ayında İqtisadiyyat Nazirliyinin 195-2 "Çağrı Mərkəzi"nə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, müraciətlər əsasən lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

"Çağrı Mərkəzi"nə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.