Goranboyda minik avtomobili aşıb, ana və qızı xəsarət alıb


Digərləri 24 İyn 2018 13:59:00 350 0

Goranboyda minik avtomobili aşıb, ana və qızı xəsarət alıb

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

Son.az APA-ya istinadən xəbər verir ki, "Hyunday" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.