Maradonadan Argentinanın baş məşqçisinə növbəti tənqidlər


İdman 24 İyn 2018 13:50:00 333 0

Maradonadan Argentinanın baş məşqçisinə növbəti tənqidlər

Dünya futbolunun əfsanəvi siması Diyeqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib. Goal.az xəbər verir ki, Maradona həmyerlilərinin DÇ-2018-dəki uğursuz çıxışının səbəbkarı kimi baş məşqçini qeyd edib.

“İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”. Maradona baş verənlərə görə federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar”.

Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.