Zenit-in futbolçusu Qəbələ-nin düşərgəsində


İdman 24 İyn 2018 13:10:00 296 0

Zenit-in futbolçusu Qəbələ-nin düşərgəsində

Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni oyunçu qoşulub. Goal.az xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi Aleksey İsayev komanda ilə birlikdə məşq edir.

Bu barədə “Matç TV”nin saytı xəbər yayıb. Ötən mövsümü icarə əsasında “Yenisey”də keçirmiş futbolçu 22 oyunda meydana çıxıb və 2 qola imza atıb. Qeyd edək ki, İsayevlə “SKA Xabarovsk” klubunun da maraqlandığı iddia edilir.