Baş nazir: "Seçkilərdən sonra Türkiyə daha da güclənəcək"


Dünya 24 İyn 2018 12:53:00 392 0

Baş nazir: "Seçkilərdən sonra Türkiyə daha da güclənəcək"

Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Yıldırım qeyd etdi ki, Türkiyədəki seçkilər əvvəlki kimi demokratik şəraitdə keçirilir.

"Türkiyə xalqı doğru və layiqli seçim edəcək", - Yıldırım deyib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.