Səudiyyə qadınları ilk dəfə sükan arxasında FOTO


Dünya 24 İyn 2018 12:48:29 360 0

Səudiyyə qadınları ilk dəfə sükan arxasında  FOTO

Səudiyyə Ərəbistanında qadınlar bu gündən avtomobil idarə etməyə başlayıblar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qadınlara maşın sürməyin qadağan edildiyi dünyanın yeganə ölkəsində bununla bağlı qanun qüvvəyə minib. Dini səbəblər üzündən qoyulmuş qadağa aradan qalxdıqdan sonra qadınlar öz avtomobillərində küçələrdə görünməyə başlayıb. Qadınların avtomobil idarə etməsinə kral Salman bin Əbdüləzizin ötən ilin sentyabrında imzaladığı və iyunun 24-də qüvvəyə minən qanundan sonra icazə verilib.