FİFA Serbiya - İsveçrə oyunu ilə əlaqədar intizam işi açıb
İdman 24 İyn 2018 12:46:00 319 0
FİFA dünya çempionatının qrup mərhələsində baş tutan Serbiya - İsveçrə (1:2) matçında iştirak edən bir neçə şəxsə qarşı intizam işi açıb. Goal.az xəbər verir ki, bunlar Şerdan Şakiri, Qranit Caka və Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiçdir. Caka və Şakiri fərqlənəndən sonra qol sevincini əllərini çarpazlayaraq qeyd etmişdi. Məlumdur ki, hər iki futbolçu mənşəcə kosovo albanıdır. Onlar bu işarə ilə Albaniyanın bayrağında yer alan qartalı imitasiya etməyə çalışıb. Albanlar və serblər arasında münasibətlər gərgin olması ilə seçilir.
Krstayiç matçdan sonra hakimliklə bağlı şikayətlərinə görə cəzalandırıla bilər. O, matçdan sonra referini Haaqa tribunalına çıxarmaq lazım olduğunu demişdi. Bundan başqa, serb azarkeşlərin davranışlarına görə Serbiya Futbol Federasiyası da cəza təhlükəsi qarşısındadır.
Mənbə: goal.az