“Kim bilir, bəlkə Sarkisyan Qarabağ üzrə xüsusi nümayəndə olacaq?”


Dünya 24 İyn 2018 12:00:00 367 0

“Kim bilir, bəlkə Sarkisyan Qarabağ üzrə xüsusi nümayəndə olacaq?”

Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Xaratyan bu haqda Ermənistan İctimai Televiziyasında deyib.

"Gün gələcək və ola bilsin Serj Sarkisyan Qarabağ məsələsi üzrə xüssui səlahiyyətli nümayəndə olacaq? Kim bilir? Mən onu deyərəm ki, Sarkisyanın dövlət maraqları ilə bağlı olan hansısa məsələrdə iştirakı istisna deyil. Əgər birdən ictimai konsensus yaransa və görsək ki, bu adam hansısa məsələdə gərəklidir"-Paşinyanın müşaviri bildirib.

Xaratyanın sözlərinə görə Ermənistanda Qarabağa dair danışıqlar prosesini tam bilən adam azdır. Keçmiş diplomatlar yoxdur. O, Sarkisyanın Paşinyanı Qarabağa dair hansısa görüşdə müşaiyət edə biləcəyi haqda belə deyib: "Heç kim bilmir, bir ay sonra, bir il, beş il sonra nə olacaq".

Xaratyan onu da deyib ki, hazırda Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılmır.