Braziliya millisində iki itki


İdman 24 İyn 2018 12:05:00 254 0

Braziliya millisində iki itki

Braziliya millisinin futbolçuları Danilo və Duqlas Kosta DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Serbiya ilə oyunu buraxacaqlar. Goal.az xəbər verir ki, buna səbəb hər iki oyunçunun zədəli olmasıdır. Məlumatı yığmanın həkimi Rodriqo Lasmar təsdiqləyib. O deyib ki, Danilo və D.Kostanın tez bir zamanda sağalması üçün çalışacaqlar.