İtaliya baş nazirinin müavini Makrona həyasız dedi


Dünya 24 İyn 2018 11:13:00 399 0

İtaliya baş nazirinin müavini Makrona həyasız dedi

İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib.

Son.az report.az-a istinadən bildirir ki, o, Emmanüel Makronu həyasızlıqda ittiham edib.

Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır".

Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.

"Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik",- deyə siyasətçi bildirib.