Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdılar


Digərləri 24 İyn 2018 11:06:00 439 0

Azərbaycanlı şagirdlər Yunanıstan olimpiadasından 6 medalla qayıtdılar

İyunun 19-24-dı Yunanıstanın Rodos adasında Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat olimpiadası (JBMO) keçirilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycandan qatılan şagirdlər 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar. Bununla da onlar 100%-lik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlər 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Budəfəki olimpiadada riyaziyyat fənni üzrə ilk dəfə qız şagird - Fidan Babayeva medal qazanıb.