İtaliya baş nazirinin müavini Fransa prezidentini həyasız adlandırıb


Dünya 24 İyn 2018 10:58:00 407 0

İtaliya baş nazirinin müavini Fransa prezidentini həyasız adlandırıb

Matteo Salvininin mövqeyini baş nazirin digər müavini də dəstəkləyib

İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib.

“Report” xəbər verir ki, o, Emmanüel Makronu həyasızlıqda ittiham edib.

Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır".

Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.