"Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"


İdman 24 İyn 2018 10:49:00 248 0

"Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"

"Keçirdiyimiz ilk yoxlama oyunu idi. Futbolçulardan razı qaldım”. Goal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində “Ludoqorets”lə keçirilən yoxlama oyunundan sonra klubun saytına açıqlamasında deyib. 1:1 hesablı bərabərliyi şərh edən Qurbanov növbəti görüşlərdə daha yaxşı çıxış edəcəklərini bildirib: “Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq".