İŞİD İraqın təhlükəsizlik əməkdaşlarını girov götürüb


Dünya 24 İyn 2018 10:03:03 380 0

İŞİD İraqın təhlükəsizlik əməkdaşlarını girov götürüb

Terrorçular onların azad olunması müqabilində tələb irəli sürüblər

İŞİD terror təşkilatının yaraqlıları İraq təhlükəsizlik qüvvələrinin 6 əməkdaşını girov götürüblər.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, terrorçular İraq hökumətinin bütün həbsdə olan qadın sünnü müsəlmanları azad edəcəyinə ümid bəsləyirlər.

Terrorçular əks təqdirdə girovları 3 gün ərzində öldürəcəkləri ilə təhdid edirlər.