Hacıqabulda dəhşət: sakini xalası qızının boğazını kəsdi


Kriminal 24 İyn 2018 10:00:07 460 0

Hacıqabulda dəhşət: sakini xalası qızının boğazını kəsdi

Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu  xalası qızı - Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.

Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.

A.İsmayılzadə daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.