Salyanda faciə:


Digərləri 24 İyn 2018 09:50:57 447 0

Salyanda faciə:

Salyanda avtomobil piyadanı vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, keçinib. 

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.