2 gün əvvəl ağır yaralanan sürücü xəstəxanada keçindi


Digərləri 24 İyn 2018 09:37:46 313 0

2 gün əvvəl ağır yaralanan sürücü xəstəxanada keçindi

İki gün əvvəl Qazaxda avtomobil qəzası nəticəsində ağır xəsarət alan sürücü keçinib. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. 

Faktla bağlı araşdırma aparılır.