Nikaraquada etirazlar zamanı daha 5 nəfər öldürülüb


Dünya 24 İyn 2018 09:25:00 263 0

Nikaraquada etirazlar zamanı daha 5 nəfər öldürülüb

Nikaraquanın paytaxtı Manaquada etiraz aksiyaları davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, polislərin və silahlı dəstələrin etirazçılara hücumu nəticəsində daha 5 nəfər həlak olub.

Hadisələr Nikaraquanın milli muxtar universiteti yaxınlığında baş verib. Həlak olanlar arasında körpə uşaqda olub. İnsident nəticəsində 15 nəfər xəsarət alıb.