Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib


Digərləri 24 İyn 2018 08:30:00 344 0

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 815,8 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 815,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 516,4 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.