Aston Martindən eksklüziv model FOTO


Digərləri 23 İyn 2018 23:58:00 307 0

Aston Martindən eksklüziv model  FOTO

Britaniyanın Aston Martin şirkəti məhdud V12 Vantage model üçün V600 adına yeni həyat verir. Üzərində Q by Aston Martin mütəxəssislərinin əməyi olan avtomobil cəmi 14 ədəd buraxılacaq.

Son.az auto.az-a istinadən bildirir ki, səmi 7 ədəd kupe Aston Martin V12 Vantage V600 və 7 ədəd rodster Aston Martin V12 Vantage V600 Roadster-in istehsal ediləcəyi planlaşdırılıb. Qeyd edək ki, bu eksklüziv model Britaniya markasının 1998-ci ildə istehsal etdiyi ekstremal V8 Vantage V600 modelinə yeni həyat verəcək. O zaman bu model ən güclü idman avtomobili sayılırdı.

Yeni kupe və rodster Aston Martin V12 Vantage V600, həqiqətən, unikal avtomobildir. Belə ki, onlar əl ilə yığılıblar. Yeniliklər müasir dövrün idman avtomobilləri adına tam uyğundur və Aston Martin Vantage modelinin müasir variantıdır.

Bildirilib ki, kupe Aston Martin V12 Vantage V600 və rodster Aston Martin V12 Vantage V600 Roadster müştərilərin sifarişi ilə yığılıblar. Yeniliyin təqdimatında Aston Martin şirkətinin vitse-prezidenti və baş kreativ direktoru Marek Rayxman deyib ki, məhz bunun üçün biz Q by Aston Martin - Commission xidmətimizi yaratdıq. İndi bizim müştərilərimiz Aston Martin-in dizayner komandası ilə əməkdaşlıq edərək, həqiqətən, məxsusi idman avtomobilləri hazırlaya biləcəklər. V600 adı Aston Martin tarixində klassik olaraq qalır və mən fəxr edirəm ki, o, yenidən V12 Vantage V600-ün bəzəyi oldu.


Xəbərə aid fotolar