Uşağın başı niyə ağrıyır?


Digərləri 23 İyn 2018 23:05:00 395 0

Uşağın başı niyə ağrıyır?

Çox zaman uşağın başı ağrıyanda böyüklər dədə-babalardan qalma məşhur sözü deyir: heç uşağın da başı ağrıyar? Sanki uşaqlar üçün baş ağrıması hələ tezdir, başağrısı böyüklərə məxsusdur. Halbuki necə ki, böyüklərin başı, siniri, əzələri var, uşaqlar da eyni fiziologiyaya malikdir. Son vaxtlar uşaqlar və yeniyetmələr arasında baş ağrıları, spazmlar artıb.

Bir uşağın niyə görə başı ağrısın? Həkimlər bu suallara cavab tapmağa çalışır. Çünki uşaq özü baş ağrısının tam klinikasını izah edə bilmir. Ona görə uşaqlarda baş ağrısının səbəblərini araşdırmaq ciddi müayinələr tələb edir. Ilk növbədə baş-böyun USM və ya rentgeni aparılır.

Son.az medicina.az-a istinadən bildirir ki, səbəblərdən ən birinci doğuş travmalarıdır. Doğuş prosesinin pozulması, çətinliyi və uşağın oksigen çatışmamazlığı keçirməsi, boyun fəqərələrində yerdəyişmə nəticəsində yaxınlıqda olan qan damarlarının az da olsa sıxılması baş-beyinin müyyən hissələrdə qan dövranı pozulmasına səbəb olur. Beyin qabığı kifayət qədər oksigen almır. Belə travmalardan sonra uşaqda alın, gicgah və boyuna yayılan ağrılar olur. Bəzən onurğada sürüşmə sinir uclarına təsir edir. Belə olan halda baş ağrısı ilə yanaşı dərinin, ətrafların uyuşması baş verir.

Əgər ana bətnində ikən döl kifayət qədər  oksigen almırsa, çox güman ki, doğumdan sonra o uşaqda daimi qan dövranı pozğunluğu səbəbindən baş ağrıları olacaq.