Reseptdə xəstənin diaqnozu yazılmalıdır, ya yox? –


Digərləri 23 İyn 2018 22:55:00 394 0

Reseptdə xəstənin diaqnozu yazılmalıdır, ya yox? –

Onlarla analiz və müayinədən keçirsiz, bir resept dolusu dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur? Heç bununla maraqlanmısızmı?

Hər birimiz istər dövlət, istər özəl klinikalarda səhhətimizdəki problemlərə görə dəfələrlə həkim qəbulunda olub, müayinələrdən keçmişik. Əlimizdə çoxlu müayinə, rentgen kağızları, nəticələr və reseptlər var. Əgər indi reseptə baxa bilirsizsə baxın və ya yadınıza salın: hansı həkim nə vaxt reseptə diaqnozu olduğu kimi, tibbi termini ilə yazıb. Söhbət təbii ki, məxfiliyi qorunan xəstəliklərdən getmir. Tutaq ki, qarın ağrısı, soyuqdəymə, hər hansı daxili orqanlarda xəstəlik, öskürək və s. zamanı onlarla analiz və müayinədən keçirsiz, bir resept dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur? Heç bununla maraqlanmısızmı?

Son.az medicina.az-a istinadən bildirir ki, bəzi reseptlərdə Diaqnoz qrafası var və bəzi həkimlər ora qeyd edir. Amma 99% hallarda o qrafa boş qalır. Həkim pasiyentə ola bilər dərdini başa salır, amma yazılı şəkildə onun rəsmi sənədi yoxdur.

Apardığımız araşdırmalara və şəxsi təcrübəmizə görə, özəl klinikalarda da mühüm cərrahi əməliyyatlar və stasionar müalicə istisna olmaqla,  digər müayinələrdə pasiyentin ad-familyası sadəcə sistemə daxil olunur və müayinə xərcləri alınır. Qalan nə baş verirsə, həkimin kabinetində baş verir. Və həmin həkimin gün ərzində qəbul etdiyi xəstələrə nə kimi diaqnozlar qoyduğu sirr olaraq qalır. Çox adam xəstələyinin səbəbini soruşduqda isə həkim " iltihab, infeksiya, soyuqdəymə, mədə yarası, bronxların soyuqlayıb, virusdur" kimi ümumi sözlərlə kifayətlənir. Mövzu barədə açıqlama aldığımız ekspert həkimlər mövqelərini qəti ortaya qoysa da, tibbi forumda verdiyimiz suala həkimlər müxtəlif fikir bildirdilər.

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl qanunvericiliyə görə reseptdə diaqnozun yazılmasının vacibliyini vurğuladı:

" Bizim rəsmi resept blanklarında diaqnoz üçün qrafa var. Xəstəyə diaqnozu qeyd edilmiş imzalı rəsmi sənəd verilməlidir. Bundan əlavə həkim xəstəyə onun diaqnozunu aydın başa salmalıdır. Stasionarda xəstələr üçün epikriz yazılır. Ambulator müalicədə isə mütləq möhürlü blank, ya sənəd verilməlidir. Açığı mən sevmirəm xəstənin diaqnozu haqqında bilgilər açıq-aşkar reseptdə görünsün, burda məxfilik pozulur, yad adamların əlinə bu informasiya düşə bilər. Bizim öz blankımız var, kompüterimdə hazır formadadır. Pasiyentin müayinə və diaqnozunu orda qeyd edirəm, bəzən buna tənbəllik etsəm də, vaxt çatdırmasam da edirəm.. Əslinə qalanda reseptdə də diaqnoz olmalıdır. Çünki aptekdə əzcaçı yazılan dərmanları diaqnozla tutuşdurmalıdır ki, düzgün yazılıb ya yox. Bu da o halda ola bilər ki, apteklərdən alınan dərmanlar dövlətin hesabına olsun.  Amma indi insanlar öz puluna dərman alır deyə, bu kimi məsələlərə önəm verən yoxdur. İndi heç kimin marağında deyil kim harda nə yazıb. Belə deyək, xaotik vəziyyətdir. Bu mövzuda qanunvericilikdə çox bəndlər, şərtlər var, onların çoxu işlək deyil. İstənilən halda yazılı-şifahi, xəstə öz diaqnozunu həkimdən dəqiqliyi ilə tibbi adı ilə öyrənməlidir. Xəstənin statusundan, tibbi savadının olub-olmamasından, maraqlanmasından asılı olmayaraq həkimin borcudur ki, nəyi müalicə etdiyini desin".  

Tibb elmləri doktoru, professor, tibbi ekspert Adil Qeybulla  reseptdə diaqnozun yazılmasının vacibliyini bildirdi:

" Bu, dünya müayinə-müalicə protokollarına görə təsbit olunur. Səhiyyə Nazirliyinin təsdiq etdiyi resept blankından bütün klinikalar və həkimlər istifadə edir və etməlidir. Resept blankı hüququ sənəddir, uniformadır. Və bu sənəddə qoyulan diaqnoz olduğu kimi, tibbi termini ilə qeyd olunmalıdır. Hər bir xəstənin öz diaqnozunu bilıməyə və onu yazılı şəkildə almağa haqqı var. Həkimin də borcudur ki, diaqnozu izah etsin.

Əgər reseptdə diaqnoz yazılmayıbsa, imza, möhür yoxdursa, o zaman o boş kağızdan başqa bir şey deyil. Onunla heç nə sübut edilə bilməz. Həkimlər diaqnozu yazmaqdan, deməkdən imtina edə bilməz. Əgər müayinə planı düzgün qurulubsa, diaqnoz da düzgün tapılır. Öz müalicəsinə, diaqnozuna əmin olan həkim bundan çəkinməməlidir. Mən şəxsən diaqnozu yazılı da qeyd edirəm, xəstəyə şifahi məlumat da verirəm".

Tibbi forumda verilən suallara isə müxtəlif həkimlər müxtəlif cür rəy bildirdi. Qeyd edək ki, bu həkimlərin əksəriyyəti özəl klinikalarda çalışır.

-Reseptdə diaqnoz yazılmamalıdır. Amma həkimin borcudur ki, xəstəyə diaqnozu desin. Xəstə bunu tələb edə bilər.

-Reseptdə diaqnoz qrafası yoxdur.