Yevlaxda yük maşını aşıb, xəsarət alan var


Digərləri 23 İyn 2018 22:46:00 256 0

Yevlaxda yük maşını aşıb, xəsarət alan var

Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.