Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 23 İyn 2018 21:24:46 241 0

Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda Buenos-Ayresdə oktyabrda (Argentina) keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb

Bakı. Ənvər Məmmədli - Bakıda Buenos-Ayresdə oktyabrda (Argentina) keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, çoxnövçülüyün yekunları üzrə qızlar arasında Ukrayna gimnastı Anastasiya Baçinska qalib olub. İkinci yerdə fransalı Karolin Xedua, üçüncü yerdə isə rusiyalı Darya Belousova qararlaşıblar. Qaliblərə mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurnala Məmmədzadə, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Donatella Sakki və Avropa Gimnastika İttifaqının (UEG) qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Anka Qabriela Mixailesku-Qriqoras təqdim ediblər.