Masallıda bələdiyyə sədri ilə sakinlər arasında münaqişə


Digərləri 23 İyn 2018 20:56:00 398 0

Masallıda bələdiyyə sədri ilə sakinlər arasında münaqişə

Masallının Qəriblər kəndində bələdiyyə sədri ilə sakinlər arasında narazılıq yaranıb. Sakinlər deyirlər ki, bələdiyyə sədri stadion üçün ayrılan ərazini satıb. Qarşı tərəf isə iddianın əsassız olduğunu deyir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər iddia edirlər ki, kəndin bələdiyyə sədri ümumi istifadədə olan futbol meydançasını ayrı-ayrı fiziki şəxslərə satıb.

Masallının Qəriblər kəndində gənclər uzun müddət bu ərazidə futbol oynayıblar. Hətta ərazidə özləri üçün müxtəlif idman qurğuları da quraşdırıblar. Lakin bir müddət sonra ərazi bolünərək müxtəlif insanlara satılıb. Halbuki, sənədlərə əsasən, həmin stadionda bir neçə inzibati bina da tikilməli imiş.

Artıq ərazidə tikinti işlərinə başlanılıb.

Qəriblər kənd bələdiyyəsinin sədri Müşviq Ağayev məsələ ilə bağlı deyir ki, sözügedən torpaq sahəsi təmsil etdiyi quruma məxsus olub və bunu sübut edən çıxarış da var.


Xəbərə aid video