Trampdan zərbə: Çinli milyarderlər 2 gündə 50 milyard itirdilər


Dünya 23 İyn 2018 20:32:00 363 0

Trampdan zərbə: Çinli milyarderlər 2 gündə 50 milyard itirdilər

ABŞ Prezidenti Donald Trampın iyunun 19-da Çindən ixrac olunan mallara 10 faiz əlavə gömrük rüsumunun tətbiqi barədə qərar verib. Bu, ABŞ-a il ərzində 200 milyard dollar qazandıracaq. Ancaq Çin də analoji addım atacağını bəyan edib. Hələlik Çin tərəfi hansı ABŞ mallarına gömrük rüsumunu tətbiq edəcəyini götür-qoy edir.

Bu arada Trampın "ticarət müharibəsi"ndən ən çox ziyan görən şəxslərin çinli milyarderlər olduğu məlum olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hesablamalara görə, Trampın bəyanatından sonrakı iki gün ərzində - iyunun 20-21-də "Forbes"in qlobal siyahısındakı 351 çinli milyarderin sərvətinin ümumi həcminin 1,155 trilyondan dollar azalaraq 1,105 trilyon dollara düşdüyü məlum olub.