Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib FOTO


Digərləri 23 İyn 2018 19:41:00 296 0

Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib  FOTO

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.

Energetika nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEC Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEC-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması vəziyyətində artan tələbatın ödənilməsi üçün OPEC+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEC ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib.

Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"nə imza atılıb.


Xəbərə aid fotolar