İsmayıllıda bir aydır içməli su problemi yaşanır VİDEO


Digərləri 23 İyn 2018 19:11:00 259 0

İsmayıllıda bir aydır içməli su problemi yaşanır  VİDEO

İsmayıllı rayon Uştal kəndində içməli suyun olmaması insanları çıxılmaz vəziyyətə salıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Uştal rayonun ucqar kəndlərindən biridir. Sakinlər artıq bir aya yaxındır ki, suyu pul verib maşınlarla daşıtdırırlar. Bəziləri isə qablarla xeyli məsafədən özləri daşıyır.

Sakinlər iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır.

İsmayıllı rayon Su-Kanal İdarəsinin istismar üzrə qrup rəhbəri Faiq Lətifov deyir ki, problem yağışlar vaxtı yaranan sel nəticəsində su borularına lilin dolmasından qaynaqlanır.