Əkdiyi narkotik bitkilərə qulluq edən zaman yaxalandı VİDEO


Digərləri 23 İyn 2018 19:02:00 532 0

Əkdiyi narkotik bitkilərə qulluq edən zaman yaxalandı  VİDEO

Çətənə bitkisi əkib becərən şəxs tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Neftçala rayon polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qədimkənd kənd sakini Zöhrab Hüseynovu saxlayıblar. Polis əməkdaşları tərəfindən kənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Polislər Zöhrab Hüseynovu çətənə kollarına qulluq edən zaman elə cinayət başında saxlayıblar. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin aprelində şəxsi istifadəsi üçün əkdiyini bildirib. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.