Buraxılış imtahanlarının nəticələri elan olundu


Digərləri 23 İyn 2018 18:57:03 284 0

Buraxılış imtahanlarının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanın nəticələri iyunun 23-də saat 18:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

IX sinif üzrə məlumatlar

İmtahanda iştirakı gözlənilən 37029 şagirddən 419 nəfəri imtahana gəlməyib. 14 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.