Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir - türkiyəli gimnast


Digərləri 23 İyn 2018 18:42:02 529 0

Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir - türkiyəli gimnast

Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir

Bakı. Ənvər Məmmədov - Bakıda Milli Gimnastika Arenası öz müsbət aurası ilə heyran edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarında iştirak edən türkiyəli gimnast Mehmet Ayberk Kosak bildirib. İdmançı deyib: "Yarış çox yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenası öz öz müsbət aurası ilə heyran edir. Yarışda biz çoxlu yeni dost qazandıq". O, yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: "Təmiz çıxış etmək və 100 faiz gücü ortaya qoymaq vacibdir. Bizdən əvvəlki rotasiyada gimnastlar çox yaxşı çıxış etdilər və onlardan üstün olmaq üçün çalışmaq lazımdır". Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.