Yardımlıda 27 yaşlı oğlan baltalandı


Kriminal 23 İyn 2018 17:16:00 312 0

Yardımlıda 27 yaşlı oğlan baltalandı

Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

Son.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.