"Xanoba" gömrükkeçid məntəqəsi yenisi ilə əvəzlənəcək


Digərləri 23 İyn 2018 16:56:47 260 0

"Xanoba" gömrükkeçid məntəqəsi yenisi ilə əvəzlənəcək

Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsinin yerində beynəlxalq standartlara və müasir prinsiplərə cavab verən yeni məntəqənin inşası planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

İdarə rəisi qeyd edib ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.