Azərbaycanla Gürcüstan arasında yeni gömrüksərhəd buraxılış məntəqəsi inşa ediləcək


Digərləri 23 İyn 2018 16:42:10 214 0

Azərbaycanla Gürcüstan arasında yeni gömrüksərhəd buraxılış məntəqəsi inşa ediləcək

Azərbaycanla Gürcüstan arasında Sadıxlı kəndi yaxınlığında yeni gömrük-sərhəd keçid məntəqəsisinin inşası planlaşdırılır.

Son.az-ın Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abas­ov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi məntəqənin tikintisi ilə bağlı danışıqlar artıq yekunlaşıb, nəticələr əldə olunub və yaxn zamanlarda tikintiyə başlanıla bilər.