Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb


Digərləri 23 İyn 2018 16:45:00 230 0

Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini mərkəzin internet saytında yerləşdirib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini mərkəzin internet saytında yerləşdirib. DİM-dən Trend-ə verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.