Mayda "Sınıq Körpü" gömrük postundan 60 minə yaxın nəqliyyat vasitəsi keçib


Digərləri 23 İyn 2018 16:30:00 301 0

Mayda "Sınıq Körpü" gömrük postundan 60 minə yaxın nəqliyyat vasitəsi keçib

2018-ci ilin may ayı ərzində Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük-sərhəd buraxılış məntəqəsindən ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov bildirib.

Onun sözlərinə görə, ümumilikdə sutka ərzində "Sınıq Körpü" gömrük məntəqəsində idxal və ixrac xətlərində ümumilikdə 2000-dən çox nəqliyyat vasitəsi yoxlanılaraq buraxılır. Məsələn, konkret olaraq ötən sutka ərzində 2209 nəqliyyat vasitəsi yoxlanılıb.