Afrika şəhər və yerli hökumət orqanları "ASAN xidmət" təcrübəsindən yararlanacaq FOTO


Digərləri 23 İyn 2018 15:40:00 339 0

Afrika şəhər və yerli hökumət orqanları "ASAN xidmət" təcrübəsindən yararlanacaq  FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir.

Agentlikdən Son.az-a verilən məlumata görə, forum çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarını dövlət xidmətlərinin göstərilməsi sahəsində "ASAN xidmət" təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.

Həmçinin nümayəndə heyəti Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassi, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin Dövlət Xidmətləri İnnovasiyaları bölməsinin rəhbəri Con Mari Kauzya ilə gələcək əməkdaşlıq, birgə fəaliyyət üzrə konkret layihələrin müzakirəsinə həsr olunmuş görüşlər keçirib.


Xəbərə aid fotolar